Mərhəmət duyğusu səndə yoxdursa
Tutduğun orucun nə mənası var?
Süfrəndə yoxsula yerin yoxdursa
Bir ay ac qalmağın nə mənası var?
Tərəzin çəkidə əyri çəkirsə
Dilin zəhər kimi qəlb incidirsə
Əlin rüşvət alıb-rüşvət verirsə
Qıldığın namazın nə mənası var?
Yalandan and içib alver edənlər
Arvaddan xəbərsiz əyri gedənlər
Haqsızdan pul alıb haqlı edənlər
O həccə getməyin nə manası var?
Haram pullarıyla villa tikənlər
Yetimin haqqını bölüb yeyənlər
Şər atıb birini bədbəxt edənlər
Öləndə yasinin nə mənası var?
Hiç yorum yok:
Yorum Gönder